Dek
2021
16:32
65
24
1621
Virtual karabakh

Amnistiya ilə əlaqədar məhbuslar ən çox hansı ərazilərdən azadlığa buraxılıb? - SİYAHI

6 Dek, 2021
16:32
1621

Amnistiya ilə əlaqədar məhbuslar ən çox hansı ərazilərdən azadlığa buraxılıb? - SİYAHI

“Amnistiya aktının icrası 58,08 faizlə (2135) Bakıda yerləşən cəzaçəkmə müəssisələrinin payına düşüb”. 

Oxu.Az xəbər verir ki, bu sözləri Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün 2021-ci il noyabrın 5-də “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib. 

Onun sözlərinə görə, Amnistiya aktının icrası çərçivədə ikinci sırada 7,26 faizlə (267) Salyanda yerləşən cəzaçəkmə müəssisələri dayanır: 

“Sumqayıt üzrə 161 (4,38 %), Xırdalan üzrə 148 (4,03 %), Gəncə 99 üzrə (2,69 %), Şəki 81 üzrə (2,20 %), Xaçmaz üzrə 65 (1,77 %), Şəmkir üzrə 53 (1,44 %), Tovuz üzrə 50 (1,36 %), Qazax üzrə 45 (1,22 %) nəfərə amnistiya aktı tətbiq edilib. Bu günə qədər toplam 3676 nəfərə Amnistiya aktı tətbiq edilib ki, onlardan 2135 Bakı üzrə, 1541 rayonların payına düşür”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri