"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, matçın biletləri sabahdan etibarən satışa çıxarılacaq.
Qaynar xətt:
(055) 224 12 12