Qazax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 6-da saat 08 radələrində qəza nəticəsində xəsarət alan 2 yeniyetmə (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.
"2010-cu il təvəllüdlü yeniyetmənin vəziyyəti qənaətbəxş qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb.
2013-cü il təvəllüdlü yeniyetmənin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onun vəziyyəti stabil qiymətləndirilir".
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində 13 yaşlı T.Qulizadə və 14 yaşlı T.Qulizadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, qəzada xəsarət alan yeniyetmələr qardaşdırlar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.