18 
Yan
2022
11:30
199
60
12300
Virtual karabakh

Azad edilmiş ərazilərə səfər qiymətləri açıqlandı - MƏBLƏĞLƏR + VİDEO

18 Yan, 2022
11:30
12300

Azad edilmiş ərazilərə səfər qiymətləri açıqlandı - MƏBLƏĞLƏR + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“24 yanvardan etibarən Qarabağ istiqamətinə səfərlər üçün biletlərin qiymətləri artıq müəyyən edilib”.

Oxu.Az-ın məlumatına əsasən, bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.

O bildirib ki, Bakı-Şuşa-Bakı üzrə bir istiqamət üçün bilet qiyməti 10 manat 40 qəpik təyin edilib.

“Bakı-Ağdam 9,40 AZN, Əhmədbəyli-Şuşa istiqamətinə 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa 6 manat olaraq təyin edilib”,  deyə o əlavə edib.

Anar Rzayev bildirib ki, reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər marşrutlar üzrə isə həftədə 2 dəfə həyata keçiriləcək.

“Füzuli Beynəlxalq Hava limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq. Biletlər əvvəlcədən alınacaq. Avtobuslar Beynəlxalq Avtovağzaldan yola düşəcək. Digər istiqamətlər isə Bərdədən və digər avtovağzallardan həyata keçiriləcək”.

Onun sözlərinə görə, bütün şəxslərə il ərzində yalnız bir dəfə gediş imkanı veriləcək.

“Xüsusilə qeyd edim ki, şəhid ailələri üzvləri, Vətən müharibəsi iştirakçıları, milli qəhrəmanlar üçün gedişlər ödənişsiz olacaq. COVID-19 pasportu yoxlanılacaq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri