Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ kəşfiyyatı: Azərbaycan əhalinin savadlılığına görə dünya liderlərindən biridir
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ – CİA) ölkələrin savadlılıq üzrə siyahısını dərc edib.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, dünya ölkələri bu reytinqində oxumaq və yazmağı bacaran müəyyən yaşda əhalinin (15 və daha yuxarı) həmin ölkə əhalisinin ümumi sayına faiz nisbətinə görə (qadınlar və kişilər ayrı) yerləşdiriliblər.
CİA-nın sonuncu savadlılıq reytinqinə 233 ölkə daxil olub.
Sevindirici haldır ki, keçmiş sovet ölkələri arasında əhalisinin 99,8%-nin savadlı olduğu göstərilən Azərbaycan bütün digər keçmiş SSRİ ölkələrini geridə qoyaraq, Latviya və Estoniya ilə eyni mövqedə qərarlaşıb. Bizdən bir pillə aşağıdakı yeri Rusiya, Litva, Ukrayna, Qazaxıstan və Gürcüstan tutublar.
Qeyd edək ki, kişilərin savadlılıq səviyyəsinə görə Azərbaycan keçmiş sovet ölkələri arasında ilk yeri tutur (99,9%). Bizdən sonrakı yerlərdə Latviya, Estoniya, Belarus, Qazaxıstan, Ukrayna, Gürcüstan və Tacikistan (99,8%) qərarlaşıblar.
Qadınlar arasında savadlılıq göstəricilərinə gəldikdə isə, burada Azərbaycan (99,7%) yalnız Estoniya və Latviyadan (99,8%) geri qalır və Litva, Qazaxıstan, Ukrayna və Gürcüstanla bir pillədə qərarlaşıb.
Ümumilikdə götürdükdə, keçmiş sovet respublikalarında əhalinin savadlılıq göstəriciləri çox yüksək səviyyədədir.
Qonşu ölkələrlə müqayisədə (Rusiya – savadlı əhalinin ümumi sayı 99,7%), Ermənistan (99,6%), Gürcüstan (99,7), Türkiyə (94,1%), İran (85%), Azərbaycan şübhəsiz liderdir.
Qeyd edək ki, Azərbaycan və əksər keçmiş sovet respublikaları bu reytinqdə ABŞ (99%), Böyük Britaniya (99%), İspaniya (97%), Fransa (99%) və başqa ölkələri geridə qoyurlar.
Tam siyahı ilə buradan tanış olmaq olar: https://www.cia.gov/library/publications/the-world-factbook/fields/2103.html
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
- Ermənistanın siyasi mühitində xaos: Hakim partiyada qorxu mühiti
Rəylər