Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Şirvan sakini bacısını öldürərək basdırıb - YENİLƏNİB
Şirvanda 70 yaşlı qadın qardaşı tərəfindən boğularaq qətlə yetirilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, əvvəllər dəfələrlə məhkum olunmuş Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Rəsulov Alim Rəsul oğlu ailə münaqişəsi zəminində bacısı - 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızını əli ilə boğaraq öldürüb. Bacısının qətlini gizlədən qardaş onu öz əcəli ilə ölən kimi el adəti ilə şəhər qəbristanlığında dəfn edib.
Bu gün isə hüquq-mühafizə orqanlarına qadının qətlə yetirildiyi məlum olub. Axşam saatlarında meyit hüquq-mühafizə orqanları təfindən müayinə olunmaq üçün qəbirdən çıxarılaraq Şirvan morquna yerləşdirilib.
Qətli törətməkdə təqsirləndirilən A.Rəsulov saxanılıb.
Faktla bağlı Şirvan şəhər prokuroluğunda araşdırma aparılır.
21:57
Şirvan sakini bacısını qətlə yetirərək basdırıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızı qardaşı Alim tərəfindən bir-neçə gün əvvəl qətlə yetirilərək Şirvan-Salyan yolunun sağ tərfində yerləşən dağlıq ərazidə basdırılıb.
Meyit hüquq-mühafizə orqanları təfindən basdıqlıdığı yerdən çıxarılaraq Şirvan morquna yerləşdirlib.
Qətli törətməkdə şübhəli bilinən Alim saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər