Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücünün narkotikin təsiri altında olduğu aşkarlanıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsünə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün “saxla” işarəsi verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Lənkəran rayon sakini Ş.Qasımovun narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən Ş.Qasımovun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.
"Lənkəran" teqi üzrə xəbərlər
- Lənkəranda yük avtomobilini narkotikin təsiri altında idarə edən şəxs saxlanılıb
- Təcili tibbi yardım avtomobili həkimin maşını ilə toqquşdu, xəsarət alan xəstə öldü
- Lənkəranda "QAZel" qadını VURDU
- Təcili yardım avtomobilinin qəzaya uğraması zamanı xəsarət alanların SON VƏZİYYƏTİ
- Lənkəranda zəncirvari qəzada altı maşın əzilib
Rəylər