Bu gün Azərbaycan Premyer Liqasının XXII turunda “Şamaxı” klubu “Neftçi” ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Şamaxı şəhərindəki qarşılaşmadan öncə avtomobil qəzası baş verib.
Belə ki, görüşü izləməyə gedən “Neftçi” azarkeşləri qəza törədiblər. Hadisə nəticəsində avtomobillər yararsız vəziyyətə düşsə də, xəsarət alan olmayıb. Şəhər polisi əraziyə gələrək müvafiq tədbirlər görüb.
Qeyd edək ki, saat 14:00-da start götürən qarşılaşma Bakıdan gələn qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hadisənin görüntülərini təqdim edirik:
View this post on Instagram"Neftçi PFK" teqi üzrə xəbərlər
- Lixtenşteynlə oyundan əvvəl millimizin 7 futbolçusu heyətdən çıxarıldı
- "Qarabağ" - "Neftçi" matçının VAXTI AÇIQLANDI
- "Neftçi" beş yeni futbolçunu heyətinə cəlb etdi
- Murad Məmmədovun "Pafos"da meydana nə zaman qayıdacağı bəlli oldu
- "Neftçi"nin oyununda kobud hakim səhvi olub - AFFA rəsmisi açıqladı - Video
Digər xəbərlər