24 
İyn
2022
20:49
37
452
6567
Virtual karabakh

Bakı metrosunda üç nəfər huşunu itirdi - YENİLƏNİB + FOTO

24 İyn, 2022
20:49
6567

Bakı metrosunda üç nəfər huşunu itirdi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı Metropoliteni” QSC gün ərzində metroda daha bir sərnişinin vəziyyətinin pisləşməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasınd bildirib ki, xanım sərnişinlərdən biri metronun “Azadlıq” stansiyasının platdormasında özünü pis hiss etdiyini deyib:

“Metropoliten əməkdaşları xanıma ilkin yardım göstərib. Sərnişin özü təcili tibbi yardım briqadasının çağırılmasını istəməyib. Özünə gəldikdən sonra yoluna davam edib”.

20:31

Metroda daha bir nəfər huşunu itirdi.

Oxu.Az xəbər verir ki, metronun "Azadlıq"metro stansiyasında bir qadın özünü pis hiss edib.

Metropoliten əməkdaşları xanımı oturacaqların üzərinə uzadıb.

17:49

Bakı metrosunda iki nəfər huşunu itirib.

Oxu.Az xəbər verir ki, metronun “Gənclik” stansiyasında gənc qızla yanaşı, daha bir oğlan da huşunu itirib.

Daxil olan məlumata görə huşunu itirən hər iki şəxsə ilkin tibbi yardım göstərilib və onlar toparlandıqdan sonra yollarına davam ediblər.

17:06

Bakı metrosunda gənc qız huşunu itirib.

Oxu.Az xəbər verir ki, hadisə metronun “Gənclik” stansiyasında qeydə alınıb.

İlkin məlumata görə, huşunu itirən sərnişinə görə metropoliten işçiləri tərəfindən təcili tibbi yardım briqadası çağırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri