Ağdam rayonunda baş verən mina hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1972-ci il təvəllüdlü şəxs (kişi) sentyabrın 6-da saat 05 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Pasiyentə sağ qolun kəsilmiş yarası və sağ daban sümüyünün sınığı diaqnozları qoyulub. Ona zəruri tibbi xidmətlər göstərilib.
Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir".
Şükufə Süleymanlı
Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb.
Qeyd edilib ki, Ağcabədi rayonunun Şotlanlı kənd sakini, 1972-ci il təvəllüdlü Elmdar Xan oğlu Sarıyevin minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə nəticəsində Elmdar Sarıyev xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində baş verib.
İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb.
Partlayış zamanı traktora ciddi ziyan dəysə də, sürücünün xəsarət almadığı bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.