17 
Noy
2022
14:36
25
213
3311
Virtual karabakh

Sumqayıt-Bakı qatarında yaranan problemin səbəbi AÇIQLANDI - YENİLƏNİB

17 Noy, 2022
14:36
3311

Sumqayıt-Bakı qatarında yaranan problemin səbəbi AÇIQLANDI - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarında Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda gecikmələr müşahidə olunub. Belə ki, səhər saatlarında sərnişin qatarları Sabunçu stansiyası istiqamətində hərəkət edən zaman idarəetmə tablosunu qidalandıran elektrik kabelinə kənar şəxslər tərəfindən müdaxilə olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Nəticədə xətdə qısaqapanma yaranıb, gərginlik kəsilib və qatarların hərəkət qrafikində qismən gecikmələr baş verib. Çətinlik tez bir zamanda aradan qaldırılıb və qatarların hərəkət qrafiki bərpa edilib. Bundan başqa, Güzdək istiqamətində yaranmış texniki nasazlıq səbəbindən Sumqayıt-Xırdalan-Bakı xətti üzrə hərəkət edən qatarların qrafikində də qismən gecikmələr baş verib. Texniki nasazlıq qısa müddət ərzində aradan qaldırılıb və qatarların qrafik üzrə hərəkəti bərpa edilib.

Yaranmış hər iki hadisə ilə bağlı müvafiq araşdırma aparılır.

08:31

Sumqayıt-Bakı sürət qatarı gecikib.

Oxu.Az xəbər verir ki, 07:25-də Sumqayıtdan yola düşən 6006 nömrəli qatar 08:04-də deyil, 08:26-da Bakı Dəmiryol Stansiyasına çatıb.

Maşinist gecikməyə səbəb kimi texniki problemi göstərib. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri