Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Vüqar Behbudov: “4 300-dən çox şəhid ailəsi və müharibə əlili fərdi evlərlə təmin olunub” - FOTO/VİDEO
“Ümumilikdə 13 100 şəxs evlə təmin olunub”.
Oxu.Az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, bu il 20 minə yaxın şəxsə stasionar, yarımstasionar və səyyar xidmət göstərilib:
“Şəhid ailələrinə qayğı, müharibə iştirakçılarına dəstək daim hiss olunub. Onlara müxtəlif sosial xidmətlər göstərilir. 4 300-dən çox şəhid ailəsi və müharibə əlili fərdi evlərlə təmin olunub”.
V.Behbudov müharibə əlillərinin, həmçinin, avtomobillərlə də təmin olunduqlarını qeyd edib.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
Rəylər