24 
Yan
2023
15:30
49
293
7204
Virtual karabakh

Bakıda məktəbdə qızlar arasında dava düşdü - AÇIQLAMA

24 Yan, 2023
15:30
7204

Bakıda məktəbdə qızlar arasında dava düşdü - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri, Xəzər rayonu R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəbdə oğlanın sevgilisini bıçaqlaması iddia edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. 

Bildirilib ki, məktəbli oğlan sevdiyi qızı başqası ilə danışdığına görə bıçaqlayıb.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məktəbdə 11-ci sinif şagirdləri arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

“136 nömrəli tam orta məktəbdə oğlanın sevgilisini bıçaqlaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Faktla bağlı araşdırma aparılır”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qızlar arasında dava psixoloqa getmək üstündə düşüb. Belə ki, qızlardan birini anası psixoloqa aparıb, digər qız bununla bağlı həmcinsinə lağ edib. Nəticədə şagirdlər arasında dava düşüb.

136 nömrəli tam orta məktəbdən saytımıza bildirilib ki, təhsil ocağında oğlanın sevgilisini bıçaqlaması ilə bağlı yayılan məlumatlar düzgün deyil. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri