15 
Fev
2023
10:06
184
23
3349
Virtual karabakh

Arvadının sevgilisini bıçaqlayan şəxsin cəzası yüngülləşdirildi

15 Fev, 2023
10:06
3349

Arvadının sevgilisini bıçaqlayan şəxsin cəzası yüngülləşdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirləndirilən Əbdül Həsənovun (ad şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib, üç il azadlıqdan məhrumetmə cəzası 1 il 6 aya endirilib.

İttihama görə, Əbdül Həsənov arvadının tanışı Qəhrəman Qəhrəmanovla (ad şərti) yaxın münasibət qurmaqla ona xəyanət etdiyini öyrənib. Daha sonra o, bir neçə dəfə Qəhrəmanla görüşüb həyat yoldaşından əl çəkməsini, ailəsini dağıtmamasını tələb edib. Buna baxmayaraq, arvadının zərərçəkmişlə 6 noyabr 2021-ci il tarixdə, saat 22 radələrində telefonla yazışdığını görüb. Daha sonra Həsən mətbəx bıçağını götürüb cibinə qoyaraq arvadı ilə görüşmək üçün gözləyən Qəhrəmana yaxınlaşıb onun qarın və kürək nahiyəsindən iki dəfə qəsdən vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə o, üç il müddətinə azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri