19 
May
2023
11:46
32
15
939
Virtual karabakh

Xalidə Şimşək: “Müraciətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli azalıb” - FOTO

19 May, 2023
11:46
939

Xalidə Şimşək: “Müraciətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli azalıb” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin 5 ayı ərzində çağrı mərkəzinə daxil olan müraciətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 min 946 müraciət azdır. 

Oxu.Az xəbər verir ki, bu fikirləri “Azəriqaz” İB-nin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək qurumun “Açıq Qapı” günündə çıxış edərkən deyib.

O bildirib ki, cari ilin 5 ayı ərzində qaz təzyiqi və qaz təchizatı ilə bağlı daxil olan müraciətlər də ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 638 müraciət azdır:

“Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 5 ayında qaz sızması ilə bağlı müraciətlərin sayı 324, sayğaclarla bağlı 6620, məlumat xarakterli isə 10 364 müraciət az olub”.

X.Şimşək onu da qeyd edib ki, xüsusilə smart tipli sayğacların istismarı ilə bağlı müraciətlər çox olub, lakin onların ödənişli (mexaniki) sayğaclarla dəyişdirilməsi nəticəsində bu istiqamətdə müraciətlərin sayı da azalıb.

Daha çox şəkil burada: PhotoStock.az

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri