Sosial şəbəkədə ifası ilə məşhurlaşan 10 yaşlı Nuray Şahsuvarlı Baku TV-yə müsahibə verib.
O bildirib ki, sözügedən video fevral ayında çəkilib və musiqi müəlliməsinin həmin videonu paylaşmasının ardından məşhurlaşıb:
“Bəzi insanlar mənim ifa etdiyimə inanmırlar. Paylaşımın şərh bölməsinə bir nəfər “özümüzü aldatmayaq, mahnını oxuyan bu uşaq deyil” deyə qeyd etmişdi”.
Nuray dərslərini yaxşı oxuduğunu və əlaçı olduğunu bildirib.
Ətraflı müsahibəni təqdim edirik:
İfası ilə hər kəsi mat qoyan Nuray: “Dərslərimi yaxşı oxuyuram” - MÜSAHİBƏ + YENİLƏNİB/VİDEO
13:24
“Qızımın bu sənəti itirməsini istəmirəm”.
Bu sözləri Oxu.Az-a açıqlamasında sosial şəbəkədə ifası ilə gündəm olan balaca xanəndə Nuray Şahsuvarlının anası Əminə Məmmədova deyib.
Xatırladaq ki, Nuray Şahsuvarlının məlahətli səslə mahnı ifa edərkən çəkilən videosu sosial şəbəkələrdə yayılıb. Görüntü hər kəs tərəfindən maraqla qarşılanıb. Onun avazını Şövkət Ələkbərovanın səsinə, oxumaq tərzinə bənzədiblər.
View this post on InstagramAnasının sözlərinə görə, Nurayın musiqi duyumunu körpəliyindən hiss ediblər:
“Nuray üç-dörd yaşından oxuyur. Evdə başqa xanəndə yoxdur. Oğlum da tar sinfində təhsil alır. Hazırda Nurayın 10 yaşı var. Dörd ildir ki, Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alır”.
Ə.Məmmədova gələcəklə bağlı seçimi Nurayın özünə həvalə etdiyini qeyd edib:
“İstəyirəm ki, öz seçimi olsun. Qızımın bu sənəti itirməsini istəmərəm. Özü ilə bərabər aparsın. Nuray Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır. Dərslərini də yaxşı oxuyur. Riyaziyyata meyli çoxdur. Dilimizi də sevir. Əlaçıdır. Musiqi üzrə də sırf xanəndəlik ixtisasında təhsil alır. Nurayın çox gözəl diksiyası var. Qızım həm də qiraətçidir. Hərtərəfli istedaddır”.
“Nurayın videosunu sosial şəbəkədə özüm paylaşmışam. Lakin onu deyim ki, övladımızı məşhurlaşdırmaq fikrimiz olmayıb. Ona nə “YouTube”, nə də “TikTok” platformasında hesab açmışam. Atası da, mən də tanınmasına meyilli olmamışıq. Məqsədimiz odur ki, övladımız təhsilli musiqiçi olsun”, - deyə Ə.Məmmədova qeyd edib.
Balaca istedadın anası qızının müsabiqələrdə iştirak etdiyini söyləyib:
“Nuray tədbirlərdə, müsabiqələrdə iştirak edir. Bu yaxınlarda ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilən müsabiqədə diplomant oldu. Onluğa düşdü. Böyük yarışlara qatılmayıb.
Onun səsini Şövkət xanımın avazına bənzədirəm. Atamla əmimin də səsi olub. Onlardan da keçə bilər. Bununla yanaşı, biz əslən Laçın və Şuşadanıq, qanla, genlə də bağlı ola bilər”.
Əminə Məmmədova, həmçinin, Nurayın müəllimlərinə minnətdarlığını bildirib.
Nəzrin Vahid
Xəbər lenti"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Bakının hansı küçələrində sıxlıq var?
- ABŞ-nin nüfuzlu universitetlərinə qəbul hüququ qazanan Bakı məktəblisi daha bir uğura imza atıb
- Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri
- Başkent Universitetinin Bakıda nümayəndəliyi açıldı
- Hədəfi gözündən vuranların məkanı - Atıcılıq Mərkəzindən REPORTAJ + FOTO
Digər xəbərlər