30 
Avq
2023
14:54
6
267
3285
Virtual karabakh

Goranboyda məktəbli seksual zorakılığa məruz qalıb

30 Avq, 2023
14:54
3285

Goranboyda məktəbli seksual zorakılığa məruz qalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboy rayonunda məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər edilib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində baş verib.

Belə ki, 16 yaşlı qızın ailəsi yas yerində olan zaman 1986-cı il təvəllüdlü Şəhriyar Hümbətov onun evdə tək olmasından istifadə edərək, qıza qarşı belə bir əməli törədib.

İddia edilir ki, hadisə ilə bağlı Goranboy Rayon Prokurorluğu qızın rəy alınması üçün ekspertizaya göndərilməsini təmin etməyib.

Eyni zamanda, iddia olunur ki, prokurorluq hadisə barədə məlumat verən azyaşlını və valideynlərini də quruma dəvət edib. Bu da sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar həyata keçiriblər:

“Araşdırmalar zamanı iddia olunan hadisədə adları keçən hər bir şəxs müəyyən olunaraq Goranboy RPŞ-yə gətirilib. Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları da dəvət olunaraq araşdırmalar başlanılıb. İlkin izahatlar alındıqdan sonra araşdırmanın davam etdirilməsi üçün Goranboy Rayon Prokurorluğuna yönləndirilib”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri