"Real Madrid" futbol klubunun baş məşqçisi Joze Mourinyo qarşıdan gələn yay transfer pəncərəsində yarımmüdafiə xəttini yenidən qurmaq niyyətindədir və artıq bunun üçün əsas namizədlərini müəyyənləşdirib.
Oxu.Az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Sportinq"in ulduzu Morten Yulmann və "Vest Hem"də çıxış edən Mateuş Fernandeşi mütləq öz komandasında görmək istəyir.
Bu istəkdən sonra "Kral klubu"nun rəhbərliyi hərəkətə keçərək hər iki futbolçunun mümkün transferi ilə bağlı bütün məsələlərin detallı şəkildə araşdırılmasına başlayıb.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis Joze Mourinyo iyunun 1-dən Madrid təmsilçisinin baş məşqçisi postuna gətirilib.