Füzuli şəhərinə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub.
“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, açarları Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov təqdim edib.
Bununla da 92 nəfərdən ibarət 24 ailənin Füzuli şəhərində daimi məskunlaşması təmin edilib.
13:22
Sentyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park - 3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı artıq Füzuli şəhərinə çatıb.
“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, Füzuli şəhərinə köçən ailələri Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı prosesi davam edir.
07:29
Füzuli şəhərinə növbəti köç karvanı artıq yola salınıb.
Oxu.Az xəbər verir ki, Bakı şəhərindən 19 ailə (69 nəfər), Sumqayıt şəhərindən iki ailə (10 nəfər), Füzuli rayonundan iki ailə (səkkiz nəfər), Mingəçevir şəhərindən isə bir ailə (beş nəfər) olmaqla, ümumilikdə 24 ailə (92 nəfər) Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Füzuli şəhərinə yola salınıb.
07:11
Füzuli şəhərinə növbəti köç karvanı yola salınır.
Oxu.Az xəbər verir ki, bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış massivindən 21 ailə (79 nəfər) Füzuli şəhərinə yola düşür.
Köç karvanına Mingəçevir şəhərindən bir ailə (beş nəfər), Füzuli rayonunun bir nömrəli Qayıdış qəsəbəsindən isə iki ailə (səkkiz nəfər) qoşulacaq. Ümumilikdə isə 24 ailə (92 nəfər) Füzuli şəhərinə yola salınacaq.
Qeyd edək ki, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə cəmi 119 ailə (441 nəfər) köçürülmüş olacaq.
Daha çox foto burada: PhotoStock.az
Aytac Qasımova
Rəylər