Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
I Beynəlxalq Peşə Ustalığı Yarışının qalibləri bəlli olub - FOTO
“Azərişıq” ASC-nin Hadrutda təşkil etdiyi ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş türkdilli dövlətlərin gənc energetikləri arasında “Paylayıcı şəbəkələrin rəqəmsal transformasiyası” I Beynəlxalq Peşə Ustalığı Yarışının qalibləri bəlli olub.
Oxu.Az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyasının Tatarıstan Respublikası, Türkiyə və Özbəkistanın energetiklərdən ibarət komandaları iştirak edib.
Qardaş ölkə Türkiyə “Uludağ” və “Başkent” komandaları ilə tədbirə qatılıb.
I Beynəlxalq Peşə Ustalığı Yarışının ikinci günündə iştirakçılar peşə bacarıqlarını nümayiş etdiriblər.
İntellektual və texniki yarışların nəticəsinə görə dörd ölkə qalib olub. Belə ki, birinci yeri Azərbaycan energetikləri qazanıblar. İkinci yeri isə Qazaxıstan və Türkiyə komandaları bölüşüblər. İlk üçlüyü isə Özbəkistan komandası tamamlayıb.
Müxtəlif nominasiyalar üzrə qalib iştirakçılar kubok və diplomla mükafatlandırılıblar.
Onu da qeyd edək ki, Rusiya Federasiyasının Tatarıstan Respublikası Elektrik Şəbəkələr Şirkətinin baş direktoru İlşat Fardiyevin təklifi ilə Beynəlxalq Peşə Ustalığı Yarışı növbəti il Rusiya Federasiyasının Tatarıstan Respublikasında təşkil olunacaq.
Qeyd edək ki, oktyabrın 20-si Azərbaycanda Energetiklər Günüdür. On doqquz ildir ki, Azərbaycan energetikləri öz peşə bayramlarını iftixarla qeyd edirlər.
Daha çox şəkil burada: PhotoStock.az
Könül Cəfərli
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
- Milli Dirçəliş Günü - Azərbaycan tarixinin qürur səhifəsi
- COP29 çərçivəsində "Silk Way Alat Free Economic Zone" şirkəti və ICAO arasında razılaşma imzalanıb
- COP29-da iştirak edən nümayəndə heyətlərinin şərəfinə Heydər Əliyev Mərkəzində ziyafət verilib
- "Silk Way Group" COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib
Rəylər