Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda Zəfər Günü ilə əlaqədar hərbi qulluqçuların yürüşü keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
8 Noyabr - Zəfər Günü münasibətilə Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə keçirilən hərbçilərin yürüşləri başa çatıb.
Oxu.Az bildirir ki, yürüşlərdən əvvəl ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Sonra isə hərbi orkestrlərin müşayiəti ilə dörd marşrut üzrə - Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı, “AMAY” Ticarət Mərkəzi, Şəhidlər xiyabanı, “Alov Qüllələri” Kompleksi, “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gur heykəli, Q.Musabəyov parkı, Əbdürrəhim Bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı, Parlament prospekti, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, İmadəddin Nəsimi heykəli, Neftçilər prospekti istiqamətləri üzrə hərbçilərin yürüşləri təşkil olunub.
Orkestrlər hərbi vətənpərvərlik mahnıları, marşlar səsləndiriblər.
Hərbi orkestrlərin nümunəvi çıxışları şəhər sakinlərində və qonaqlarda yüksək əhvali-ruhiyyə yaradıb.
Qeyd edək ki, həmçinin, Gəncə, Bərdə, Füzuli, Laçın şəhərlərində və Zəngilan rayonunda müəyyənləşdirilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilib.
10:57
Zəfər Günü münasibətilə hərbi qulluqçuların Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” Ticarət Mərkəzi istiqamətində yürüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, sözügedən marşrut üzrə hərbi qulluqçuları xalq “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə müşayiət edib.
Uşaqdan böyüyə hər kəs Azərbaycanın Zəfər Gününü qeyd etmək üçün küçələrə axışıb. Hərbi yürüş izdihamla sona çatıb.
10:44
Paytaxtda dörd marşrut xətti üzrə həyata keçirilən yürüşlərdən biri başa çatıb.
Oxu.Az-ın məlumatına görə, Şəhidlər xiyabanı - “Alov Qüllələri” Kompleksi - metronun “İçərişəhər” stansiyası - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli marşrutu üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşü başa çatıb.
Digər istiqamətlərdə isə yürüş davam edir:
09:59
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi qulluqçularının Heydər Əliyev Sarayı və Şəhidlər xiyabanı istiqamətlərindən yürüşü başlayıb.
Oxu.Az xəbər verir ki, saat 10:00-da başlayan yürüş 12:00-a qədər davam edəcək.
Zəfər Günü ilə əlaqədar hərbi qulluqçuların yürüşü paytaxtla yanaşı, Gəncə, Bərdə, Füzuli, Laçın şəhərlərində və Zəngilan rayonunda müəyyən edilən marşrutlar üzrə də davam edəcək.
Yürüş boyu hərbi qulluqçuları hərbi orkestrlər müşayiət edəcəklər.
Qeyd edək ki, hərbi qulluqçuların yürüşü paytaxtda dörd marşrut xətti üzrə həyata keçirilir:
- Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - “AMAY” Ticarət Mərkəzi;
- Şəhidlər xiyabanı - “Alov Qüllələri” Kompleksi - “İçərişəhər” metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;
- Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı;
- “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev sarayı - İ.Nəsimi heykəli - Neftçilər prospekti istiqamətində baş tutacaq.
Daha çox şəkil burada: PhotoStock.az
Könül Cəfərli, Aysel Aslan
"Azneft" teqi üzrə xəbərlər
- Dənizkənarı Bulvar ərazisində salınan velosiped zolağı ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO
- Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
- Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
- “Kişi paltarı geyinib, kaska qoyuram” - 8 Martda 25 ilin neftçi xanımı ilə MÜSAHİBƏ + FOTO
- Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
Rəylər