Noy
2023
19:46
26
282
5870
Virtual karabakh

Bakı-Quba yolunda ağır qəza yerüstü qaz xəttini deformasiyaya uğradıb - YENİLƏNİB + VİDEO

8 Noy, 2023
19:46
5870

Bakı-Quba yolunda ağır qəza yerüstü qaz xəttini deformasiyaya uğradıb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Quba rayonu, Vəlvələ kəndi ərazisində baş verən qəza zamanı “KamAZ” markalı yük avtomobili diametri 108 millimetrlik orta təzyiqli yerüstü qaz xəttini deformasiyaya uğradıb”.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, texniki baxış zamanı qaz sızması aşkar olunmadığından sözügedən xəttdə təmir işlərinin görülməsi növbəti həftənin ilk iş günlərində planlaşdırılır:

“Bununla bağlı əlavə məlumat veriləcəkdir”.

16:35

Bakı-Quba yolunda iki yük avtomobilinin toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi bu gün saat 12:35 radələrində qeydə alınıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili işlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

İdarədən bildirilib ki, qəza Bakı-Quba yolunun 146-cı kilometrliyində qeydə alınıb:

“Toqquşma nəticəsində yük avtomobilinin sürücülərindən biri həyatını itirib. Əraziyə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb ediliblər. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti qısa müddət ərzində bərpa edilib”.

16:12

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, ilkin məlumata görə, iki çoxtonnajlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş verən qəza zamanı nəqliyyat vasitələrindən biri yol kənarındakı marketə çırpılıb.

Qəza nəticəsində bir nəfərin hadisə yerində öldüyü iddia edilir. Nəqliyyat vasitələri yolun hərəkət hissəsindən çıxarılmadığı üçün Bakı-Quba yolunda nəqliyyat vasitələrinin hərəkəti bir saatdan çoxdur məhdudlaşdırılıb. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri