Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 14-ü saat 15:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, hazırda bəzi ərazilərə qar yağır.Qeyd edək ki, ən çox qar Cənub bölgəsində müşahidə olunur. Hazırda qarın hündürlüyü Lənkəranda 52 santimetr, Biləsuvarda 45 santimetr, Lerikdə 40 santimetr, Yardımlıda 35 santimetr, Göytəpədə 33 santimetr, Astarada 32 santimetrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında bir dərəcəyə yaxın, Naxçıvan Muxtar Respublikada üç dərəcəyədək şaxta, Aran rayonlarında iki dərəcəyədək şaxta, dağlıq rayonlarda yeddi dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxta müşahidə olunur.
12:44
Yanvarın 14-ü saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, qar yağır.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Sarıbaş (Qax), İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Quba, Qusar, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Hacıqabul, Lənkəran, Yevlax, Kürdəmir, Neftçala, Sabirabad, Yardımlı, Beyləqan, Cəfərxan, Biləsuvar, Astara, Şahdağ və Qrızda qar yağır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında sıfır dərəcəyə yaxın, Naxçıvan MR-da dörd dərəcəyədək şaxta, Aran rayonlarında iki dərəcəyədək şaxta, dağlıq rayonlarda səkkiz dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta olub.
Yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında 14-ü axşamadək, bölgələrdə isə 15-i səhərədək davam edəcək.
Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 14-15-16-da gecə və səhər saatlarında magistral yolların buz bağlama ehtimalı var. Xüsusən də dağlıq və dağətəyi rayonlarda.
Rəylər