Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Göygöl Milli Parkı vətəndaşların istifadəsinə verildi
Göygöl Milli Parkına turistlərin girişinə qoyulmuş məhdudiyyətlər aradan götürülüb.
Bunu Oxu.Az-a Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Əraziləri Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.
O bildirib ki, yaradıldığı vaxtdan (1 aprel 2008-ci il) Göygöl Milli Parkında Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətin mühafizəsini təşkil edib.
“Göygöl müəyyən vaxtlarda atropoqen təsirə, istismara məruz qalmışdı. Əraziyə daxil olan bəzi vətəndaşlar gölü çirkləndirir, ağacları qırırdılar. Bununla əlaqədar təbiətin bərpası üçün ora turistlərin girişinə məhdudiyyət qoyulmuşdu”.
H.Əlizadə qeyd edib ki, Göygöl Milli Parkına giriş məhdudiyyətlə açılıb.
“Turistlər ərazidə yalnız müəyyən marşrutlar üzrə, müəyyən istiqamətlər üzrə hərəkət edə bilər, əlavə olaraq müəyyən yerlərdən istirahət etmək üçün istifadə edə bilərlər”.
Şöbə rəisi deyib ki, Göygöl Milli Parkını çirkləndirən turistlərə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq böyük məbləğdə cərimələr tətbiq olunacaq:
“Ərazi vətəndaşların çirkləndirməməsi üçün tam nəzarətə götürülüb. Müxtəlif yerlərdə zibil qutusu quraşdırılıb, Milli Parkın ərazisinə daxil olan turist qruplarına pulsuz zibil torbası verilməsi nəzərdə tutulub”.
Hikmət Əlizadə Milli Parkın ərazisinə yollanan turistlərə Azərbaycanın simvollarından olan Göygölü mühafizə etmək, onu qorumaq və ərazini çirkləndirməməyə çağırış edib.
Biz də öz adımızdan Göygöl Milli Parkını ziyarət edəcək vətəndaşlarımızdan təbiətə qarşı diqqətli olmağı xahiş edirik, çünki ən azından Göygöl Azərbaycan təbiətinin mirvarisidir və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur.
Elvin Əhmədov
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"
Rəylər