FIFA ilin ən yaxşı futbolçusu və məşqçisi tituluna namizədlərin adlarını açıqlayıb.
Oxu.Az FIFA-nın rəsmi saytına istinadla xəbər verir ki, 10 oyunçunun adının daxil edildiyi siyahıda braziliyalı Neymarın adı olmayıb.
Bunlar Kriştianu Ronaldu (“Yuventus” İtaliya), Kevin De Bröyne (“Mançester Siti”, İngiltərə), Antuan Qrizman (“Atletiko”, İspaniya), Eden Azar (“Çelsi”, İngiltərə), Hari Keyn (“Totenhem”, İngiltərə), Kilian Mbape (PSJ, Fransa), Lionel Messi (“Barselona”, İspaniya), Luka Modriç (“Real”, İspaniya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə) və Rafael Varandır (“Real”, İspaniya).
Məşqçilərin siyahısında isə 11 nəfərin adı yer alıb. Bunlar italiyalı Massimiliano Alleqri (“Yuventus”, İtaliya), xorvatiyalı Zlatko Daliç (Xorvatiya milli komandası), fransalı Didye Deşam (Fransa milli komandası), ispaniyalı Xosep Qvardiola (“Mançester Siti”, İngiltərə), almaniyalı Yürqen Klop (“Liverpul”, İngiltərə), ispaniyalı Roberto Martines (Belçika milli komandası), argentinalı Dieqo Simeone (“Atletiko”, İspaniya), ingiltərəli Qaret Sautqeyt (İngiltərə milli komandası), ispaniyalı Ernesto Valverde (“Barselona”, İspaniya), rusiyalı Stanislav Çerçesov (Rusiya milli komandası) və fransalı Zinəddin Zidandır (“Real”ın sabiq baş məşqçisi, İspaniya).
Qeyd edək ki, qaliblərə mükafatlar sentyabrın 24-də Londonda təqdim olunacaq.
Rəylər