Avq
2018
10:19
58
33
14259
Virtual karabakh

Rəşad Sadıqov illər öncə Yuqoslaviya bayrağı daşıyarkən - VİDEO

7 Avq, 2018
10:19
14259

Rəşad Sadıqov illər öncə Yuqoslaviya bayrağı daşıyarkən - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimizin sabiq futbolçusu, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov iyirmi il əvvəl Fransadakı dünya çempionatında iştirak edib.

Oxu.Az xəbər verir ki, o, FIFA-nın baş sponsorlarından olan “Coca-Cola” şirkətinin Azərbaycanda keçirdiyi turnirin ən yaxşı oyunçusu kimi 1998-ci ildəki mundialı izləmək imkanı əldə edib.

Həmin vaxt yeniyetmələrdən ibarət millimizin üzvü olan Rəşad Sadıqov və Əli Baytalov adlı gənc dünya çempionatının F qrupunda keçirilmiş ABŞ – Yuqoslaviya matçında iştirak ediblər.

Onlar “CocaCola”nın layihəsi çərçivəsində sabiq Yuqoslaviyanın bayrağını meydana çıxarıblar.

Qeyd edək ki, videonu AzTV-nin sabiq idman jurnalisti Elnur Əşrəfoğlu yayıb.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri