Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şəhriyar Məmmədyarov ABŞ-da liderliyini qoruyur
ABŞ-ın Seynt Luis şəhərində keçirilən Sinkfild kuboku turnirinin V turu oynanılıb.
Oxu.Az xəbər verir ki, bu turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov amerikalı Hikaru Nakamura ilə qarşılaşıb.
Oyun heç-heçə başa çatıb. Ümumiyyətlə, bu tur çərçivəsində keçirilən bütün görüşlərdə xallar yarı bölünüb.
Beş turdan sonra beş şahmatçı – Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk, Levon Aronyan, Fabiano Karuana və Maqnus Karlsen hərəyə üm xal toplayıblar.
Ümumi mükafat fondu 300 min dollar olan və avqustun 27-dək davam edəcək turnirin VI turunda Şəhriyar Məmmədyarov Fransa şahmatçısı Maksim Vaşye-Laqravla qarşılaşacaq.
Səbuhi MUSAYEV
www.oxu.az