17 
Sen
2018
15:46
166
28
2266
Virtual karabakh

Güləşçilərimiz üçüncü oldular

17 Sen, 2018
15:46
2266

Güləşçilərimiz üçüncü oldular

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarusun paytaxtı Minskdə üçqat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçirilən beynəlxalq turnirdə sərbəst güləş üzrə yığmamız komanda hesabında III yeri tutub. 

Oxu.Az xəbər verir ki, baş məşqçi Firdovsi Umudov, məşqçilər Zəlimxan Hüseynovla Arif Abdullayevin rəhbərliyi altında Şərif Şərifovla (92 kq) Camaləddin Məhəmmədov (125 kq) qızıl, Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq) və Murad Süleymanov (86 kq) gümüş, Murtuzəli Müslümov (70 kq) isə bürünc medal qazanıb.

Millimiz bu nəticələrlə 126 xal toplayıb və III yeri tutub. Komandamız yalnız Rusiya (177) və Belarusdan (169) geri qalıb.

Qadınlardan ibarət millimiz isə komanda hesabında IV pillədə qərarlaşıb. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Anjela Doroqanla (53 kq) Tatyana Omelçenko (59 kq) gümüş, Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq) və Səbirə Əliyeva (76 kq) isə bürünc medal əldə edib.

Yekunda yığmamız 93 xal toplayıb. Komandamızı Çin (164), Rusiya (151) və Belarus (95) qabaqlayıb. 

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri