18 
Sen
2018
11:30
58
47
2862
Virtual karabakh

Nani “Qarabağ”la oyun üçün məşqlərə başladı

18 Sen, 2018
11:30
2862

Nani “Qarabağ”la oyun üçün məşqlərə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Portuqaliyanın “Sportinq” klubunun ulduz futbolçusu Nani kollektiv məşqlərə başlayıb.  

Oxu.Az xəbər verir ki, bir müddətdir zədəli olan Portuqaliya millisinin üzvü artıq zədəsini sağaldıb.

31 yaşlı futbolçu “Qarabağ”la görüşdə komandasına kömək edə bilər. Lissabon təmsilçisinin digər aparıcı üzvü Bas Dostun isə “Qarabağ”la görüşdə iştirak edib-etməyəcəyi sual altındadır. 29 yaşlı Hollandiya millisinin sabiq hücumçusu müalicəsini davam etdirir.

Xatırladaq ki, “Sportinq” – “Qarabağ” görüşü sentyabrın 20-də baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri