20 
Sen
2018
17:11
306
25
6494
Virtual karabakh

Azərbaycanlı pəhləvan qardaşlar Kolumbiyanı heyrətləndirdi – FOTO

20 Sen, 2018
17:11
6494

Azərbaycanlı pəhləvan qardaşlar Kolumbiyanı heyrətləndirdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı pəhləvan qardaşlar Kolumbiyada keçirilən beynəlxalq festivalda çıxış ediblər.

Oxu.Az xəbər verir ki, Azərbaycanlı doqquzqat dünya rekordçuları LaçınHüseyn Abdulhüseynovlar (Pəhləvanoğlu) kolumbiyalı tamaşaçıları öz qeyri-adi nömrələri ilə təəcübləndirməyi bacarıblar.

Onlardan biri altı qızın üstündə olduğu tribunanı ağzı ilə çəkib. Azərbaycanlı pəhləvanların güc nümayişini tamaşaçılar alqışlarla qarşılayıb.

Sentyabrın 19-da Kolumbiyanın paytaxtı Boqotada təşkil olunmuş Beynəlxalq Yumor Festivalına xüsusi qonaq qismində qatılmış qardaşların çıxışı bu ölkənin məşhur “Karakol” televiziyası vasitəsilə göstəriləcək.

Qeyd edək ki, qardaşlar bundan əvvəl ABŞ, Ukrayna, Rusiya, İtaliya, Türkiyə və Gürcüstan televiziyalarında yayımlanan layihələrdə uğurla çıxış ediblər.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri