Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qadın voleybolçularımız dünya çempionatında mübarizəyə başlayır
Sabah Yaponiyada voleybolçu qadınlar arasında XVIII dünya çempionatına start veriləcək.
Oxu.Az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan millisi mundialın ilk turunda ABŞ yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 11:10-da start götürəcək. Qrupumuzun digər görüşündə Rusiya Trinidad və Tobaqo ilə, Cənubi Koreya isə Tailandla qarşılaşacaq.
DÇ-dən əvvəl İtaliya ilə iki yoxlama oyunu (hər ikisində 0:3 hesabı ilə uduzub – S.M.) keçirmiş millimiz sentyabrın 30-da Cənubi Koreya ilə (11:10), oktyabrın 2-də Rusiya ilə (08:40), oktyabrın 3-də Trinidad və Tobaqo ilə (08:40) və oktyabrın 4-də Tailandla (11:10) görüşəcək.
Qeyd edək ki, qadınlar arasında voleybol üzrə dünya çempionatı 24 milli yığma komandanın iştirakı ilə sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyanın altı şəhərində keçiriləcək.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər