17 
Okt
2018
16:33
30
35
13680
Virtual karabakh

Millətlər Liqasına baxış: Azərbaycanın şansları necədir?

17 Okt, 2018
16:33
13680

Millətlər Liqasına baxış: Azərbaycanın şansları necədir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Millətlər Liqasında qrup mərhələsinin başa çatmasına iki tur qalıb. Bizi maraqlandıran futbol millimizin də mübarizə apardığı D divizionudur. 

Oxu.Az iki tur qalmış komandaların növbəti mərhələyə çıxma şanslarını araşdırıb.

D divizionu

I qrup

1. Gürcüstan 12
2. Qazaxıstan 5
3. Latviya 2
4. Andorra 2

Ukraynanın ardından Gürcüstan da bütün görüşlərdə qalib gələrək vaxtından əvvəl yuxarı divizionu və yarımfinalı özü üçün təmin edə bilib. Özü də gürcülər dörd matçda qapısından top buraxmayıb. Sonrakı üç komanda isə qrup sonuncusu olmamaq üçün çalışacaq.

II qrup

1. Lüksemburq 9
2. Belarus 8
3. Moldova 5
4. San Marino 0

Hələ qol vura bilməyən San Marinodan başqa, ilk üç komanda C divizionu və qrup liderliyi üçün mübarizə aparacaq. Amma bu mübarizədə Belarus daha şanslı görünür. Çünki onları noyabrın 18-də asan San Marino görüşü gözləyir.

III qrup

1. Kosovo 8 
2. Azərbaycan 6
3. Farer Adaları 4
4. Malta 2

Sona iki tur qalmış millimizin qrupunda ilk üç komandanın şansı qalıb. Təbii ki, əsas oyun noyabrın 20-dəki Kosovo – Azərbaycan görüşü olacaq. Amma bunadək millimiz Bakıda Farer Adaları ilə görüşdə xal itirməməlidir.

IV qrup

1. Makedoniya 9
2. Cəbəlüttariq 6
3. Ermənistan 6
4. Lixtenşteyn 3

Bu qrup da nadir qruplardandır ki, bütün komandaların qrup lideri olmaq şansı mövcuddur. Hətta sonuncu pillədə olan Lixtenşteynin də nəzəri şansları qalıb.

Qeyd edək ki, hər divizionun qalibi (dörd komanda) birbaşa 2020-ci ildə dörd matçı Bakıda keçiriləcək Avropa çempionatına vəsiqə qazanacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri