Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
FIFA-nın “Qızıl top”u: Azərbaycan kimə səs verdi?
1956-cı ildən başlayaraq, hər il Fransanın “France Football” nəşri ən yaxşı futbolçuya “Qızıl top” mükafatı verir.
Oxu.Az xəbər verir ki, bütün dünya ölkələrindən 100-dən çox jurnalist ilin ən yaxşı futbolçusunu müəyyən edir.
Azərbaycanı 2000-ci ildən başlayaraq, bu tədbirdə “CBC Sport” telekanalının redaktoru Rasim Mövsümzadə təmsil edir. O bu il Luka Modriçə səs verib.
“2018-ci ilin anketində mən birinci yerdə Luka Modriçi, ikinci yerdə Klian Mbappeni, üçüncü yerdə isə Məhəmməd Salahı göstərmişəm. Dördüncü və beşinci yerlərə gəlincə, müvafiq olaraq, Eden Azar və Antuan Qrizmanı qeyd etmişəm.
Modriçin ikinci yerdə qərarlaşan Kriştianu Ronaldudan 275 xal çox toplaması digər respondentlərin də mənimlə eyni fikirdə olduğunu göstərir. Dünya çempionatının keçirildiyi ildə “Qızıl top”, adətən, mundialın ən yaxşı futbolçularından birinə qismət olur.
Düşünürəm ki, Xorvatiya millisinin kapitanı kimi dünya çempionatındakı oyunu Modriçin qələbəsinin əsas səbəbidir”, - deyə R. Mövsümzadə bildirib.
М.А.
www.oxu.az
"Antuan Qrizman" teqi üzrə xəbərlər
- Cud Bellinqem İspaniya La Liqasında dekabr ayının ən yaxşısı seçilib
- UEFA Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu bəlli olub
- UEFA Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər bəlli olub
- Milli komanda ilə ən çox qələbə qazanan futbolçuların siyahısı bəlli olub
- "Globe Soccer Awards" 2024-cü ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb
Rəylər