Dek
2018
11:51
99
203
10472
Virtual karabakh

Qurban Qurbanovun yerinə “Neftçi”nin baş məşqçisi gəlir?

8 Dek, 2018
11:51
10472

Qurban Qurbanovun yerinə “Neftçi”nin baş məşqçisi gəlir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin ilin yekunları ilə bağlı iclası keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu iclasda millimizin son bir ildəki fəaliyyəti müzakirə olunacaq. 

Mətbuatda və sosial mediada yazılanlara görə, Qurban Qurbanov millidəki postundan istefa verəcək.

Onun yerinə isə AFFA-nın “Neftçi”nin italyan baş məşqçisi Roberto Bordinin komandaya gətiriləcəyi deyilir.

Bu məsələ ilə bağlı “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevin fikirlərini öyrəndik:

“Vallah, ilk dəfədir ki, bu məsələni eşidirəm. Heç klubun gündəmində belə bir şey olmayıb. Heç Bordin də bizə bu haqda heç nə deməyib. Həm millidə, həm də “Neftçi”də çalışmağı mümkündürmü? Bu məsələ ilə bağlı çox agah olmadığımdan, dəqiq bir söz söyləyə bilmərəm”.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri