Dekabrın 24-dən 26-dək Rusiyanın paytaxtı Moskvada idman gimnastikası üzrə açıq uşaq birinciliyi baş tutub.
Oxu.Az-ın məlumatına görə, bu yarışda 300 idmançı arasında Azərbaycandan da gimnast mübarizə aparıb.
Sevindirici haldır ki, iki qardaş olan idmançılarımız qonşu ölkədə Azərbaycan bayrağını qaldıra bilib. Hüseyn Xəlilov 8-10 yaşlılar üzrə, Əli Xəlilov isə 10-12 yaşlılar arasında mübarizə aparıb. Hüseyn qızıl, Əli isə gümüş medal qazanıb.
Qeyd edək ki, hər iki idmançımızın məşqçisi üçqat SSRİ çempionu, Qarabağ müharibəsi veteranı Zakir Mehdiyevdir.
Səbuhi MUSAYEV