Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Remzi “Yuventus”da Ronaldudan sonra ən çox maaş alan futbolçu olacaq
Uels millisinin və İngiltərənin “Arsenal” komandasının futbolçusu Aaron Remzi İtaliyanın “Yuventus” klubu ilə anlaşıb.
Oxu.Az xəbər verir ki, Remzi beş illik müqavilə bağlayacaq.
Beş illik müqavilənin ümumi dəyəri 36 milyon funt (təxminən 78 milyon manat) təşkil edəcək.
O, mövsümə 7,2 milyon, həftəyə isə 140 min funt (304 min manat) qazanacaq. Bununla da Remzi “Yuventus”da portuqaliyalı ulduz Kriştianu Ronaldudan sonra ikinci ən çox maaş alan futbolçu olacaq.
Remzi İtaliya çempionuna cari mövsümün sonunda qoşulacaq. Futbolçunun “Arsenal”la müqaviləsi mövsümün sonunda başa çatdığından, bu transferə görə “Yuventus” xərcə düşməyəcək.
Qeyd edək ki, Aaron Remzi 2008-ci ildə Uelsin “Kardif” klubundan 4,8 milyon funt qarşılığında transfer olunub. Daha çox dayaq yarımmüdafiəçisi kimi çıxış etmiş futbolçu London klubunda yalnız üç İngiltərə kuboku və bu ölkənin iki Superkubokunu qazana bilib.
Səbuhi MUSAYEV
"İtaliya" teqi üzrə xəbərlər
- İlaira Katastini: "Azərbaycanda insanlar enerji keçidinin əhəmiyyətini dərindən dərk edirlər"
- İtaliyada heyvanları yolda atıb gedənlərə sərt cəza veriləcək
- İtaliyada lentlə yapışdırılan banan əsəri fantastik qiymətə satıldı
- Kiyevdə hava hücumu təhlükəsi: Şəhərdəki səfirliklər bağlanır
- Bələdçilərin "növbəti səfərinizə saxlamayın" dediyi kənddən REPORTAJ