14 
Yan
2019
14:21
98
26
4945
Virtual karabakh

“Neftçi” məşhur braziliyalı futbolçunun oğlunu almaq istəyir

14 Yan, 2019
14:21
4945

“Neftçi” məşhur braziliyalı futbolçunun oğlunu almaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabiq futbol ulduzu, Braziliya millisinin, “Barselona” və “Milan” klublarının eks üzvü Rivaldonun oğlu “Neftçi”də çıxış edə bilər.

Oxu.Az Bolqarıstanın temasport.com saytına istinadən xəbər verir ki, Bakı klubu Sofiyanın “Levski” klubunda çıxış edən Rivaldinyoya maraq göstərir.

Lakin bu futbolçunun 2020-ci ilin yayınadək “Levski” ilə müqaviləsi mövcuddur. Bu səbəbdən futbolçunun icarəyə götürüləcəyi ehtimal edilir.

Qeyd edək ki, Rivaldinyo atası Rivaldo kimi hücumçudur. 23 yaşlı futbolçu ölkəsindən başqa, Portuqaliyanın “Boavişta” və Rumıniyanın “Dinamo” klublarında çıxış edib.

Tam adı Rivaldo Vitor Moska Fereyra Junior olan futbolçunun ciddi uğuru artıq ləğv olunmuş Rumıniya Liqa Kubokunu qazanması olub. Braziliyalı Bolqarıstan nəhəngi ilə ötən ilin yanvarın 27-də 2,5 illik müqavilə bağlasa da, cəmi 12 matçda meydana çıxıb və bir qol vurub. O, cari mövsüm cəmi dörd matçda meydanda olub.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri