19 
Yan
2019
15:25
99
20
3769
Virtual karabakh

Millimizin üzvlərindən federasiyanı boykot edən komandalara dəstək

19 Yan, 2019
15:25
3769

Millimizin üzvlərindən federasiyanı boykot edən komandalara dəstək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, Azərbaycan komandaları Basketbol Federasiyasını boykot edərək çempionata çıxmaqdan imtina ediblər.

Oxu.Az bu məsələ ilə bağlı ölkə xaricində oynayan idmançılarımızla söhbətləşib.

Zaur Paşayev: “Mən də basketbolçu uşaqlara qoşuluram. Çünki Azərbaycanda basketbol yox səviyyəsinə gəlib çıxıb. Litvalı məşqçi Rınis Kurtinaytis 2006-cı ildə Azərbaycandan gedəndən sonra normal çempionat keçirilmir. Yeddi ildir Gürcüstanda oynadım, bu ayadək Ukraynada idim. Legioner olduğum müddətdə Azərbaycan çempionatının səviyyəsini qaldırmaq mümkün olmayıb.

Sponsorlar basketbola maraq göstərmir. Elə bir komanda yoxdur ki, gəlib orda oynayaq. Yalnız NTD komandasının rəhbəri Bəhram Abdinov məsələyə ciddi yanaşır. Onun klubundan başqa, normal maaş verəni yoxdur ki, oynayasan. Digər dörd klubda öz dost-tanışları oynayır. Belə çempionat olmur. Mən də istəyirəm ki, Azərbaycanda basketbol inkişaf etsin”.

Amil Həmzəyev: “Basketbolun əziyyətini illərdir çəkən adamlar var. Onlar basketbolun müəyyən qədər Azərbaycanda yaşamasında rol oynayıblar. Məhz həmin insanlar indi etiraz edirsə, bunu boş yerə etməzlər. Bu idmanın Azərbaycanda inkişafını hamımız istəyirik. 3-4 ilə legioner karyerasını başa vurduqdan sonra istəyərəm ki, gəlib Azərbaycanda oynayım.

Amma mən federasiyadan kiminsə istefa verməsini istəmərəm. Mən üçüncü mövsümdür, ölkə xaricində oynayıram deyə, rəhbərlikdən şikayət edə bilmərəm. Yəqin ki, federasiya rəhbərliyi də basketbolun inkişafını istəyir. Mənim istədiyim də elə budur.

Karyeramı məhz ölkəmdə tamamlamaq istəyərəm. Bəhram Abdinov uzun illərdir Azərbaycan basketboluna cibindən pul xərcləyir. Onu da başa düşmək olar ki, bunun bəhrəsini artıq görmək istəyir. Ona görə də boykot qərarına gəliblər. Yəqin ki, nazirlik və Milli Olimpiya Komitəsi də işə qarışıb basketbolu ağ günə çıxararlar”.

Qeyd edək ki, bu gün Milli Olimpiya Komitəsində boykot edən komandaların nümayəndələri federasiyanın vitse-prezidenti Həsənağa Rzayevlə birgə nazirlik nümayəndəsi ilə görüş keçirəcək.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri