21 
Yan
2019
12:35
176
38
5794
Virtual karabakh

Messinin penaltisini qaytaran qapıçı “Qarabağ”dan gedir

21 Yan, 2019
12:35
5794

Messinin penaltisini qaytaran qapıçı “Qarabağ”dan gedir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın qapıçısı Hanes Haldourson karyerasını ölkəsində davam etdirə bilər. 

Oxu.Az xəbər verir ki, bu iddia ilə İslandiyanın frettabladid.is saytı çıxış edib.

Bildirilir ki, İslandiya millisinin kapitanı son ölkə çempionu “Valur” və ya “Reykyavik”ə keçə bilər. Həmkarlarımız başqa təkliflərə baxmayaraq, “Valur”un şərtlərinin Haldoursonun ürəyincə olduğunu və ilkin razılığın əldə edildiyini vurğulayıb.

34 yaşlı qapıçının təklifi barədə futbolçunun meneceri Olafur Qardarson məlumatı təsdiqləyib. O, yayda iki illik müqavilə bağlayan futbolçunun “Qarabağ”dan ayrılacağını istisna etməyib: 

“Önümüzdəki günlərdə və ya aylarda Hanesin durumunda dəyişiklik ola bilər. İsveç, Norveç və digər ölkələrdən də təkliflər gəlib. Ancaq onun “Qarabağ”la 18 aylıq müqaviləsi var

İslandiya komandalarından daha çox “Reykyavik” və “Valur” ona maraq göstərir. Lakin hələ heç bir klubla müqavilə bağlanılmayıb”.

Qeyd edək ki, dünya çempionatında Lionel Messinin penaltisini qaytarmaqla daha çox şöhrət qazanan Hanes Haldoursonun özü də əvvəl mətbuata açıqlamasında “Qarabağ”dan ayrılmaq istədiyini bildirib.

O, yanvarın 19-da Çexiyanın “Bohemians” komandası ilə görüşün 67-ci dəqiqəsində braziliyalı qapıçı Vaqner da Silvanı əvəzləyərək meydana çıxıb və qapısını toxunulmaz saxlayıb.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri