2023-cü ildə baş tutması planlaşdırılan III Avropa Oyunlarını keçirmək istəyən ikinci namizəd məlum olub.
Oxu.Az xəbər verir ki, Rusiyanın Kazan şəhəri bu oyunların keçirilməsi üçün ərizə təqdim edib.
Rusiya Olimpiya Komitəsi Tatarıstanın paytaxtının bu istəyini dəstəkləyib.
“Kazan şəhəri Avropa Oyunlarının keçirilməsi üçün ərizəsini təqdim edib. Rusiya Olimpiya Komitəsi bu qərarı dəstəkləyir və bunu həyata keçirmək üçün tam dəstək göstərməyə hazırdır”, - təşkilatın rəhbəri Stanislav Pozdnyak deyib.
Onun sözlərinə görə, Avropa Oyunları ilbəil daha əhəmiyyətli idman hadisəsinə çevrilir.
Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda (və Mingəçevirdə) baş tutub. II Avropa Oyunları isə bu il Belarusun paytaxtı Minskdə iyunun 21-dən 30-dək keçiriləcək.
Bu ilin əvvəlində Polşa Katovitse şəhəri III Avropa Oyunlarının keçirilməsi üçün ərizəsini təqdim edib.
Rəylər