17 
Fev
2019
21:44
198
36
2506
Virtual karabakh

Dünya çempionumuz Dubayda gümüş medalla kifayətləndi – FOTO

17 Fev, 2019
21:44
2506

Dünya çempionumuz Dubayda gümüş medalla kifayətləndi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən karate üzrə Premyer Liqa turniri başa çatıb.

Oxu.Az xəbər verir ki, dünya çempionumuz İrina Zaretskya (-68 kq) finalda misirli Fəryal Abdeləzizə 1:2 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib. Bu, afrikalı idmançının ilk qızıl medalı olub.

Kişilərdən ibarət kata millimiz isə bürünc medal uğrunda görüşdə İspaniyaya 23.74:25 hesabı ilə uduzaraq medalsız qalıb.

Beləliklə, yenə də Azərbaycana medalları dünya çempionlarımız qazandırıb. Bundan əvvəl beşqat dünya çempionumuz Rafael Ağayev (-75 kq) bürünc medal qazanmışdı.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri