İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi burnundan zədə alıb.
Oxu.Az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının dünən İngiltərənin “Mançester Yunayted” klubu ilə keçirilən görüşündə burnunu zədələyib.
Belə ki, qarşı tərəfin müdafiəçisi Kris Smolinq mübarizələrdən birində dirsəyi ilə onun burnuna zərbə endirib. Bundan başqa, ulduz futbolçu sol göz qapağından da zədə alıb.
Klub həkiminin müdaxiləsindən sonra Messi oyuna davam etsə də, onun durumuna bu gün tibbi müayinədən sonra tam aydınlıq gələcək. Onun İspaniya çempionatının növbəti turunun matçını buraxacağı gözlənilir.
Komanda yoldaşı Serxio Busketsi Lionel Messinin burnunun sındığını deyib .
Səbuhi MUSAYEV
Rəylər