16 
May
2019
14:41
224
43
5188
Virtual karabakh

Esyen də Bakıda səhər yeməyində azarkeşlərə səsləndi - VİDEO

16 May, 2019
14:41
5188

Esyen də Bakıda səhər yeməyində azarkeşlərə səsləndi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çelsi”nin sabiq futbolçusu Maykl Esyen “Instagram” hesabı vasitəsilə azarkeşlərə ikinci dəfə müraciət edib.

Oxu.Az xəbər verir ki, hazırda “Səbail” klubunun formasını geyinən qanalı futbolçu bu dəfə Bakıda səhər yeməyi yeyərkən görüntüsünü paylaşıb:

“Salam, sabahınız xeyir. Bu, Maykl Esyendir. Son üç aydır ki, Bakıda yaşayıram. Burada səhər yeməyi əladır. Bakıya gəlin və səhər yeməyi yeyin. Axşam isə Avropa Liqasının finalına baxın. Görüşərik”.

Qeyd edək ki, daha əvvəl “Arsenal”ın sabiq fransalı futbolçusu Rober Pires öz “Instagram” hesabında “Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Kloppun “Bilmirəm, Bakıya Avropa Liqasının finalının salınması qərarını qəbul edənlər səhər yeməyinə nə yeyirlər?!” fikrinə cavab verib.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri