İyn
2019
07:51
108
29
4712
Virtual karabakh

Messi və Martinesin dublu Argentinaya qələbə qazandırdı – VİDEO

8 İyn, 2019
07:51
4712

Messi və Martinesin dublu Argentinaya qələbə qazandırdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentina yığması Nikaraqua komandası ilə yoldaşlıq görüşündə 5:1 hesabı ilə qələbə qazanıb.  

Oxu.Az-ın məlumatına əsasən, görüş San-Huanda “Bisentenario” stadionunda baş tutub.

Argentina yığmasının tərkibində komandanın kapitanı Lionel Messi (37 və 38-ci dəqiqələr) dubl ilə fərqlənib. İtaliyanın “İnter” klubunun forvardı Lautaro Martines də öz hesabına iki qol (63 və 73-cü dəqiqələ) yazdı. Daha bir qolu isə İngiltərənin “Uotford” klubunun yarımmüdafiəçisi Roberto Pereyra (81-ci dəqiqə) vurub.

Məğlub komandanın aktivinə yeganə qolu havbek Huan Barrera yaza bilib (ikinci tayma əlavə olunmuş 1-ci dəqiqədə). 

Parallel olaraq gedən görüşdə isə Uruqvay yığması Panama komandası üzərində 3:0 hesabı ilə qələbə qazanıb. Vurulmuş qollarla Maksi Homes (19), Luis Suares (69) və Federiko Valverde (79) fərqlənə biliblər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri