17 
Sen
2019
13:35
106
31
4647
Virtual karabakh

“Qarabağ” I divizion üçün futbolçusunun qardaşını heyətinə qatıb

17 Sen, 2019
13:35
4647

“Qarabağ” I divizion üçün futbolçusunun qardaşını heyətinə qatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” daha bir futbolçunu transfer edib.

Oxu.Az xəbər verir ki, bu, əsas komandanın ispaniyalı futbolçusu Xayme Romeronun özündən altı yaş kiçik qardaşı Daniel Romerodur.

Sərbəst futbolçu kimi transfer olunan Daniel Romero Ağdam klubunun əvəzedici komandası üçün sifariş edilib. Artıq o, üç gün əvvəl əvəzedici komandaların da mübarizə apardığı I Divizionda “Qarabağ”ın rəqib meydanında “Zirə”ni 7:1 hesabı ilə darmadağın etdiyi oyunda ehtiyat oyunçular skamyasında yer alıb. Lakin baş məşqçi Azər Məmmədov ispaniyalı legionerin xidmətinə ehtiyac duymayıb.

23 yaşlı futbolçunun üç gün sonra I Divizionun 4-cü turu çərçivəsində Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Qarabağ” və “Səbail”in əvəzedici komandaları arasında keçiriləcək qarşılaşmasında debüt edəcəyi gözlənilir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri