Bolqarıstan millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Dimitar Berbatov karyerasını bitirib.
Oxu.Az xəbər verir ki, 38 yaşlı hücumçu bunu “Instagram” hesabında açıqlayıb.
Sonuncu dəfə Hindistanın “Kerala Blasters” klubunda çıxış etmiş Berbatov ötən il özünə komanda axtardığını, ancaq tapa bilmədiyini bildirib. O qeyd edib ki, adamlar ondan vətəni Bolqarıstanda karyerasını davam etməyə çağırsa da, bunu etmək istəməyib.
Futbol üçün darıxacağını bildirən Berbatov 20 illik karyerasını bitirməyin ən düzgün zamanı olduğunu vurğulayıb. O, futbolda başqa sahədə işləmək istədiyini də gizlətməyib.
Daha sonra o, karyerası ərzində vurduğu qolları paylaşıb. Həmin posta “Mançester Yunayted”in və İngiltərə Premyer Liqasının rəsmi hesablarından Berbatova təşəkkür mesajı gəlib.
View this post on InstagramQeyd edək ki, peşəkar karyerasına Sofiya ÇSKA-sında başlamış Dimitar Berbatov Almaniyanın “Bayer”, İngiltərənin “Totenhem”, “Mançester Yunayted”, “Fulhem”, Fransanın “Monako” və Yunanıstanın PAOK klublarında çıxış edib.
Səbuhi Musayev
"Almaniya" teqi üzrə xəbərlər
- İki ölkədə "Halloween" təhlükəsi: Şirniyyatların içindən mismar və iynələr çıxdı
- Almaniyada etirazlar nəzarətdən çıxdı: 100-dən çox polis yaralandı, mağazalar talan edildi - Video
- Almaniyanın 30-dan çox şəhərində gənclərin etirazları başlayıb
- Angela Merkel: "Almaniyanın növbəti prezidenti qadın olmalıdır"
- Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
Digər xəbərlər