Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Cüdoçumuz dünya çempionatında Azərbaycana ilk medalı qazandırdı - YENİLƏNİB
Qazaxıstanın Almatı şəhərində keçirilən yeniyetmə cüdoçuların dünya çempionatında bu gün millimiz ilk medalı qazanıb.
Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən iki cüdoçumuzdan Kamran Süleymanov finalda çıxış edib.
O, cüdonun vətəni Yaponiyanı təmsil edən Keici Suciokaya uduzaraq gümüş medalla kifayətlənib. Bakıda Avropa Gənclər Olimpiya Festivalının qalibi olmuş digər idmançımız Turan Bayramov isə bürünc medal görüşündə Kamran Süleymanovun yarımfinalda məğlub etdiyi qırğız idmançıya uduzaraq əliboş qalıb.
12:17
Qazaxıstanın Almatı şəhərində keçirilən yeniyetmə cüdoçuların dünya çempionatında bu gün ikinci günə start verilib.
Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində iki cüdoçumuz mübarizəyə qoşulub.
Kamran Süleymanov braziliyalı, ukraynalı cüdoçuları məğlub etdikdən sonra C səbətinin qalibi olmaq üçün Ermənistan təmsilçisi Styopa Darbinyanla qarşılaşıb. O, qızıl xal hesabında rəqibini ippon fəndi ilə yenib.
Artıq bu idmançımız 1/4 finalda meydan sahibi olan cüdoçunu da yenərək yarımfinala çıxıb. Kamranın finala çıxmaq üçün rəqibi qırğızıstanlı Çingizxan Saqınəliyev olacaq.
Bu çəkidə digər idmançımız Turan Bayramov italiyalı və monqolustanlı rəqiblərini yensə də, qazaxıstanlı cüdoçuya uduzub. O, bürünc medal qazanmaq üçün təsəlliverici yarışda Gürcüstan doğumlu Kipr təmsilçisi Yorqos Balarcişvili ilə qarşılaşacaq.
Səbuhi Musayev
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib