12 
Noy
2019
11:45
194
7
1566
Virtual karabakh

Paralimpiya çempionumuz “Tokio 2020”yə lisenziya qazandı

12 Noy, 2019
11:45
1566

Paralimpiya çempionumuz “Tokio 2020”yə lisenziya qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində para atletika üzrə dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, çempionatın beşinci günündə azərbaycanlı idmançı, Paralimpiya çempionu Oloxan Musayev yarışlara qatılıb. 

F56 kateqoriyasında lövhə atma yarışında paralimpiyaçımız 41.58 metrlik nəticə göstərib.

Dördüncü yerə çıxan Oloxan Musayev XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. Beləliklə, Tokio Paralimpiadasına lisenziya qazanan azərbaycanlı idmançıların sayı yeddiyə yüksəlib.

Qeyd edək ki, bundan əvvəl eyni yarışda daha iki idmançımız – Kamil Əliyev və Samir Nəbiyev də yüksək nəticə göstərərək “Tokio 2020”yə lisenziya əldə etmişdi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri