26 
Mar
2023
21:54
620
88
11599
Virtual karabakh

“Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB + FOTO/VİDEO

26 Mar, 2023
21:54
11599

“Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyunu başa çatıb. Matçda Türkiyə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

PhotoStock.az-ın oyundan hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.Az

21:46

Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununda qonaqlar hesabda önə keçiblər. İstanbul klubunun heyətində Mauro İkardi penalti zərbəsindən fərqlənib. 

21:04

Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununda ikinci hissə start götürüb.

20:47

Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununda ilk hissə 1:1 hesabı ilə başa çatıb.

20:21

Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab bərabərləşib. Təmsilçimizin heyətində Redon Cica fərqlənib.

20:07

Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb.

4-cü dəqiqədə İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib.

20:00

Bakıda “Qarabağ” və Türkiyə “Qalatasaray”ı arasında oyun start götürüb.

19:15

Bakıda xeyriyyə oyununda üz-üzə gələcək “Qarabağ” və Türkiyə “Qalatasaray”ının start heyətləri bəlli olub.

Məlumata görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ”: 89. Amin Ramazanov, 5 Maksim Medvedev, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 96. Donald Gerye, 6. Julio Romao, 2. Qara Qarayev, 15. Leandro Andrade, 87. Adama Diakabi, 10. Abdullah Zubir, 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov

“Qalatasaray”: 34. Okan Koçuk, 2. Leo Dyubua, 4. Matias Yensen, 13. Emre Taşdemir, 23. Kaan Ayhan, 11. Yunus Akgün, 17. Nikolo Zanyolo, 18. Bafetimbi Qomis, 22. Berkan Kutlu, 27 Serjiu Oliveyra, 30. Yusuf Demir
Baş məşqçi: Okan Buruk

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri