15 
Okt
2019
15:38
169
100
2957
Virtual karabakh

Agentlik rəsmisi açıqladı: Azərbaycana 200 mindən çox çinli turist gələcək

15 Okt, 2019
15:38
2957

Agentlik rəsmisi açıqladı: Azərbaycana 200 mindən çox çinli turist gələcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinlə imzalanan sazişə əsasən, ildə təxminən 200 min çinli turist ölkəmizə gələcək.

Bunu Oxu.Az-a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

“Adətən, körfəz ölkələrindən gələn turistlər 5-8 il ərzində eyni yerə gedirlər. Ondan sonra onlar getdikləri istiqamətləri dəyişirlər. Hazırda Azərbaycana daha çox Cənubi və Mərkəzi Asiya ölkələrindən turistlər gəlir.

2018-2023-cü illəri əhatə edən konsepsiyamız üçün 12 prioritet bazar seçmişik. Bununla da həmin ölkələrdən Azərbaycana daha çox turist cəlb etmək istəyirik. Hazırda Cənubi və Mərkəzi Asiya ölkələri üstünlük təşkil edir. Buraya Hindistan, Pakistan, Qazaxıstan və Türkmənistan daxildir.

Eyni zamanda, Çindən çox böyük axın olacaq. Artıq dövlət səviyyəsində bu sahə üzrə iki ölkə arasında saziş imzalanıb. İldə təxminən 200 min çinli turist ölkəmizə gələcək. Bu proses bizim infrastrukturumuz və insan potensialımız hazır olandan sonra baş verəcək.

Avropada da çox böyük işlər görürük. Artıq iki ölkədən müsbət nəticələr əldə etmişik. Belə ki, Almaniya və Böyük Britaniyadan artım var. Həmçinin, qonşu Rusiya bazarı da artır. İran bazarı isə artıq özünə gəlməyə başlayıb. Çünki orada çox böyük azalma var idi. Türkiyədən gələnlərin də sayı çoxdur. Ümumiyyətlə, bazarlar müxtəlifdir, ümumi tendensiya isə müsbətdir”, - deyə Kənan Quluzadə bildirib.

Bakının turist qəbul etmə potensialına gəlincə, qurum rəsmisi qeyd edib ki, Bakıdakı hotellər yüksək səviyyədə eyni anda 30 mindən çox turisti qəbul edə bilər:

“Bundan əlavə, Bakıda 100-ə yaxın hostel var. Həmçinin, Mənzil Fondundan da istifadə etmək olar”.

Sevinc Yasinqızı 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri